Azərbaycan Gənclər Fondu “Yaşıl dünya naminə həmrəylik ili" ilə bağlı müsabiqə elan edəcək.

31-01-2024 / 14:10

Xeberler.az  xəbər verir ki, bu barədə AGF-nin icraçı direktoru vəzifəsini icra edən Qədir Xəlilov Gənclər Təşkilatlarının Şəbəkələşmə və İnkişaf Forumunda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, müsabiqə qarşıdakı aylar üçün nəzərdə tutulub: “Düşünürəm ki, atılan bütün addımlar dövlətimizin xeyrinədir”.

Q.Xəlilov gəncləri fəal olmağa və müsabiqədə iştirak etməyə çağırıb.

Xatırladaq ki, dekabrın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkədə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında sərəncam imzalayıb.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə